Yüklənir
az
ru
Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab Ofislər
Daxil olun
az
ru
Daxil ol
Necə almalı Necə ödəməli Sənədlər Sual-cavab Ofislər
+994 123 110255 info@manato.az

Sual-cavab

Kredit haqqında Kreditin qaytarılması haqqında Digər suallar IBAN hesab nədir?

Kredit haqqında

Manato.az-da eyni zamanda bir neçə kreditim ola bilər?
Eyni zamanda bir neçə kreditiniz ola bilməz, lakin Manato.az mövcud kreditə əlavə məbləğ almaq imkanı təklif edir. Əlavə məbləğ almaq imkanları haqqında məlumatı Siz Manato.az profilinizdə əldə edə bilərsiniz.
Manato.az-dan kredit almaq üçün nə lazımdır?
Kredit ala bilmək üçün:
  • Siz Azərbaycan Respublikasının vətəndaşı olmalısınız;
  • Ən azı 18 yaşınız olmalıdır;
  • Sizə banklardan birində hesab və aktiv mobil telefon nömrəsi lazımdır.
Manato.az-da kreditin alınması üçün hansı sənədlər lazımdır?
Kredit almaq üçün Sizə yalnız mobil telefon, şəxsiyyət vəsiqəsi/yaşama icazəsi və Azərbaycan banklarının birində hesab lazımdır.
Bankda və ya digər kredit təşkilatında artıq kreditim varsa, kredit götürə bilərəm?
Bəli, kredit üçün müraciət edə bilərsiniz, lakin kredit ödənişlərində gecikmələr olsa və ya adınız borclular siyahısında olsa, müraciətinizin imtina olma ehtimalı olacaq.
Mənə kreditin verilməsində niyə imtina edilib?
Təəssüf ki, aşağıdakı hallarda biz Sizə kredit verə bilmirik:
  • Mənfi kredit tarixçəniz var;
  • Qeydiyyat zamanı səhv məlumatların göstərildiyi halda;
  • Yaşınız 18-dən aşağıdır.
Kredit məbləği bank hesabıma nə dərəcədə tez köçürüləcək?
Təsdiq edildiyi halda pulları Sizə gün ərzində göndərəcəyik. Məbləğin bank hesabınıza daxil olması bank proseslərinin sürətindən asılıdır və 10 dəqiqədən 3 iş gününədək çəkə bilər.
Hansı məbləğdə pul götürə bilərəm?
Kreditin məbləği 23.12.2024 tarixindən sonra verilən kreditlər üçün 50 manatdan 500 manata qədərdir.

Kreditin qaytarılması haqqında

Kredit qaytarılan zaman ödənişləri harada ödəmək olar?
Krediti aşağıdakı üsullarla ödəyə bilərsiniz:
  • MilliÖn ödəniş terminalları
  • E-manat ödəniş terminalları
  • MPay mobil tətbiq
  • Hesab.az saytında bank kartı vasitəsilə
Kredit məbləğini geri qaytara bilmədiyim halda nə etməliyəm?
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq hər hansı restrukturizasiya qadağandır və buna görə də Manato.az müştərilərə kreditin əsas məbləğinin ödənilməsini təxirə salmaq imkanını təklif edə bilməz. Kreditin hissə-hissə aylıq ödənilməsi üçün ödəniş cədvəllərinin yaradılması da qadağandır. Əgər kreditinizi vaxtında ödəyə bilmirsinizsə, cədvəl qurmadan krediti hissə-hissə ödəməyə davam edə bilərsiniz, lakin gecikmə günləri yığılacaq və bu da kredit tarixçənizə və gələcəkdə yeni kreditlər almağınıza mane olacaq..
Punkt 2.1.5.9. и 2.1.13. qanun “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”
Krediti daha tez qaytara bilərəm?
Bəli, Siz krediti istənilən an qaytara bilərsiniz.

Digər suallar

Hesab nömrəmi necə dəyişə bilərəm?

IBAN hesabının dəyişdirilməsi üçün qeydiyyat zamanı göstərilmiş elektron poçtunuzdan iban@manato.az ünvanına məktub yazın.

Məktuba mütləq:

  • şəxsiyyət vəsiqənizin hər iki üzünün fotoşəklini əlavə edin;
  • şəxsiyyət vəsiqəsi ilə selfi şəkil əlavə edin;
  • göstərilmiş hesab üzrə rekvizitləri əlavə edin;
  • Məktubun mövzusunda “Hesabı dəyişmək” qeyd edin.
Diqqət! Hesab məhz Sizə məxsus olmalıdır.
Elektron poçt ünvanımı necə dəyişə bilərəm?

Elektron poçt ünvanınızı dəyişmək üçün, Manato.az saytında şəxsi kabinetinizə daxil olun, “Mənim hesabım” bölməsində “Əlaqələr” bölməsini tapın və “Məlumatları dəyişdirmək” üzərinə klikləyin, sonra üzünüzün aydın göründüyü selfi şəklini yükləyin və “Göndərmək” düyməsini sıxın. Əməliyyat uğurlu olarsa, lazımi məlumatları dəyişdirmək üçün 30 dəqiqə vaxtınız olacaq.

Siz həmçinin info@manato.az ünvanına yeni e-poçtunuzdan məktub yaza bilərsiniz

Məktuba

  • hər iki tərəfdən şəxsiyyət vəsiqənizin şəklini əlavə edin;
  • şəxsiyyət vəsiqənizlə selfi şəklini əlavə edin;
  • Mövzu hissəsində “E-poçtun dəyişdirilməsi” qeyd edin.
Telefon nömrəsini necə dəyişmək olar?

Telefon nömrənizi dəyişmək üçün, Manato.az saytında şəxsi kabinetinizə daxil olun, “Mənim hesabım” bölməsində “Əlaqələr” bölməsini tapın və “Məlumatları dəyişdirmək” üzərinə klikləyin, sonra üzünüzün aydın göründüyü selfi şəklini yükləyin və “Göndərmək” düyməsini sıxın. Əməliyyat uğurlu olarsa, lazımi məlumatları dəyişdirmək üçün 30 dəqiqə vaxtınız olacaq.

Siz həmçinin info@manato.az ünvanına yeni e-poçtunuzdan məktub yaza bilərsiniz

Məktuba:

  • hər iki tərəfdən şəxsiyyət vəsiqənizin şəklini əlavə edin;
  • şəxsiyyət vəsiqənizlə selfi şəklini əlavə edin;
  • aktual mobil nömrənizi yazın;
  • Mövzu hissəsində “Telefon nömrənin dəyişməsi” qeyd edin.
Bağlanmış müqavilə Manato.az verilənlər bazasında hansı müddət ərzində saxlanılır?
Bağlanmış müqavilə verilənlər bazasında qeyri-məhdud müddət ərzində saxlanılır. Müqavilə müştəridən yazılı sorğu alındıqdan sonra iki həftə ərzində müştəri tərəfindən göstərilmiş ünvana göndəriləcək.
Manato.az saytındakı şəxsi kabinetimin şifrəsini unutmuşam. Nə etməliyəm?
Yeni şifrəni burada sorğulaya bilərsiniz. Elektron poçt ünvanınızı daxil edin və biz Sizə müvəqqəti şifrə göndərəcəyik. Bundan sonra Siz Manato.az saytındakı şəxsi kabinetinizə daxil olmalı və şifrənizi dəyişməlisiniz
Krediti al
₼
Birinci
Təkrar
Məbləği seçin
500 ₼
50
500
Bu məbləğ yalnız təkrar müştərilər üçün mümkündür
Kreditin müddəti qeydiyyatın sonrakı mərhələlərində seçilə bilər
Krediti al
994123110255
info@manato.az
Instagram
TikTok
Youtube
9:00 - 20:00
Şirkət
Manato.az haqqında Əlaqələr
Müştərilər üçün
Krediti necə almalı Krediti necə ödəməli Sənədlər Sual-cavab

© 2025 Manato.az All rights reserved | "SF Azerbaijan" bank olmayan kredit təşkilatı, 24.12.2021 tarixli BKT-44 saylı lisenziya, VOEN 1405686861